Nazirdən iki təyinat: Onlara vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən iki təyinat: Onlara vəzifə verildi

Sosial

18 Dekabr 2025 11:22 1548


Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib, SOAS London Universitetində isə inkişaf elmləri üzrə magistratura təhsilini başa vurub. O, əmək fəaliyyətinə Xəzər Universitetində başlayıb. 2019-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunda müxtəlif vəzifələrdə çalışıb, 2021–2024-cü illərdə həmin qurumun Təhsildə innovasiyalar şöbəsinin müdiri olub. Bununla yanaşı, Böyük Britaniya, Belçika Krallığı və ABŞ-da müxtəlif müəssisələrdə iş təcrübəsi qazanıb. A. Abbasova 2024-cü ildən indiyədək Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müşaviri vəzifəsini icra edib. Hazırda Bakı Dövlət Universitetində müəllim kimi də fəaliyyət göstərir. Toyuqlu pizza

Emin İsmayılov Türkiyənin Koç Universitetində biznesin idarəedilməsi ixtisası üzrə bakalavriat təhsili alıb və həmin ali təhsil müəssisəsində sahibkarlığın inkişafı üzrə ixtisaslaşma proqramını tamamlayıb.Əmək fəaliyyətinə Baker Tilly Azerbaijan şirkətinin Biznes Məsləhətləri departamentində başlayıb. Daha sonra PAŞA Həyat Sığorta şirkətinin Strategiya və İnvestisiya departamentində fəaliyyət göstərib. Təyinatadək SABAH.HUB İnnovasiya Mərkəzinin Strategiya və Layihələrin İdarəolunması departamentində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!