Nazirdən yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən yeni təyinat

Sosial

04 May 2019 07:40 1720


Təhsil naziri Ceyhun Bayramov Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanovanı əvəz etmək üçün nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Vidadi Bağırovu müvəqqəti təyin edib.
Nazir bununla bağlı əmr imzalayıb. Belə ki, Vidadi Bağırov hazırda Gimnaziyanın direktor əvəzi vəzifəsini icra edir və Gimnaziyada bəzi nöqsanlarla bağlı araşdırma aparır. 
Əgər nöqsanlar təsdiqini taparsa, Xuraman Osmanova rəsmi olaraq vəzifəsindən azad ediləcək. 
Yeni təyinatı Humanitar Fənlər Gimnaziyasından təsdiqləyiblər. Bildirilib ki, Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova səhətti ilə əlaqədar qeyri-müəyyən vaxta qədər bülletenə çıxıb.
Qeyd edək ki, X. Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.
Unikal.org 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!