Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

Siyasət

12 Noyabr 2025 17:12 2100


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, AQC sədri Vüqar Oruc müvafiq əmri ilə həmin vəzifəyə Fuad Xəzani oğlu Məmmədov gətirilib.

Qeyd edək ki, Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, təhsilini Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq ixtisası üzrə tamamlayıb və müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışıb. Fuad Məmmədov, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və Mədəniyyət Nazirliyində(nazirin müşaviri) yüksək vəzifələrdə çalışıb. Son olaraq, Mədəniyyət Nazirliyinin yanında Dövlət Xidmətində Hüquq, İnsan Resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!