Nazirlər bu gün Bakıya toplanır

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər bu gün Bakıya toplanır

Sosial

02 May 2019 05:37 654


Bu gün Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

"Yeni Sabah" xəbər verir ki,forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, BMT Sivilizasiyalararası Alyansın ali nümayəndəsi Migel Angel Moratinos, UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi  Nada Əl-Naşif, İƏT-in baş katibi Yusif bin Əhməd Əl-Osaymin, Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əltüveycrinin çıxışı gözlənilir.

Həmçinin forumda Qananın xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Malinin mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək. Toyuqlu pizza

Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir təşkil olunacaq. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.

Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!