Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
“Yeni Sabah” xəbər verir ki, avtomobillərin təqdim olunması tədbirində nazirin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May-Respublika günü münasibəti ilə təbrik edib. O vurğulayıb ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr tariximizin şərəfli səhifələrdən biridir.
Nazir müavini bildirib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib. Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq. Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 12268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub. Pepperoni pizza
Qarabağ müharibəsi əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə təmin olunduqlarını qeyd edən A.Kərimov diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib. Dövlət başçısının 18 mart 2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.
Telegram kanalımız