Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüş “Əlilliyi olan qadınlar” Cəmiyyətinin və “Əlilliyi olan Sahibkarlar Təşkilatı” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.
“Yeni Sabah” xəbər verir ki, şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı Sərəncam və Fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əmək haqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb.
Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Toyuqlu pizza
Şöbə tərəfindən hər həftənin cümə günü “Açıq qapı” formatında vətəndaş cəmiyyətləri ilə belə görüşlər keçirilir.
Telegram kanalımız