Nazirlik Eldar Sabiroğlunu məhkəməyə verdi   - Səbəb 

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Eldar Sabiroğlunu məhkəməyə verdi - Səbəb 

Kriminal

27 Mart 2020 10:28 843


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunu məhkəməyə verib

“Yenisabah”ın məlumatına görə, aprel ayının 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin şikayətinə baxılacaq. 

Belə ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi Səfərov Eldar Sabir oğlu pensiyasının yenidən hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib və cavabdeh qismində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tanınıb. Fevral ayının 28-də isə məhkəmə Eldar Sabiroğlunun xeyrinə qərar çıxarıb. Bundan sonra fond apellyasiya şikayəti verib.  Sezar pizza

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!