“Təhsil Nazirliyinin şöbə müdiri, Təhsil İnstitutunun müdir əvəzi Emin Əmirullayev yazır “Mən özümü sizdən bilikli hesab edirəm, ən azı Bayıldan o tərəfdə təhsil almışam. Siz biliklərinizi harda və necə əldə etmisiniz?”
“Yeni Sabah” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Onun yazdıqlarını təqdim edirik:
“"Bayıldan o tərəfə təhsil almışam" nə deməkdir? Deyirsiz ki, Bayıldan bu tərəfə təhsil alanlar savadsızdır? Bildiyim qədər sizin Təhsil naziri də Bayıldan bu tərəfə təhsil alıb. pizza mizza
Siz hansı pulla, kimin vəsaiti ilə gedib Bayıldan o tərəfə təhsil almısız? Sizə kim və nəyə görə o pulu ayırıb?
Siz hansı əsaslarla Bayıldan o tərəfə təhsil alan milyonlarla insanı təhqir edirsiz?
Bu danışıq tərzi dövlət qulluqçusuna yaraşmır. Mənim atam sizlər burda insanları təhqir etsin deyə Qarabağ müharibəsinə gedib sağlamlığını itirməyib. Mən də istərdim ki, atam pul ayırsın gedib xaricdə təhsil alım, daha SOROS fondunun pulu ilə gedib oxumaqla özünü ağıllı, savadlı hesab eləmə. Mən öz biliyimlə bakalavr, magistr, doktorantura təhsilini başa vurmuşam.
Ümid edirəm ki, bu ifadənizə görə üzr istəyəcəksiz. Sizin kiminsə sponsorluğu ilə Bayıldan o tərəfə təhsil almağınız sizin savadlı olmağınız demək deyil.
Ölkədə vitse prezident, Baş nazir, deputat və minlərlə dövlət xadimi var ki, Bayıldan bu tərəfə təhsil alıb. Siz hansı savada, hansı gücə arxayın olub bu insanları təhqir edirsiz? Belə çıxır ki, ölkənin 51 universitetində təhsil alan və almış şəxslərin hamısı savadsızdır? Ümummilli lider Heydər Əliyev Bayıldan bu tərəfə təhsil alıb, amma Bayıldan o tərəfə, bütün SSRİ-ni idarə edib.
Siz birbaşa çalışdığınız nazirliyin əslində yarıtmaz fəaliyyətini təsdiq edirsiz. Bu nə xəstəlikdir sizdə başlayıb ki, “təhsil ekspertləri”nə qarşı səlib yürüşünə çıxmısınız? Utanmadan bir – bir TV-lərə, saytlara zəng edirsiz ki, təhsil eksperti Kamran Əsədovu çağırmayın, ondan fikir almayın. Nə qədər rəzil duruma düşmüsünüz? Sən get işinlə məşğul ol. Çalış səslənən fikirlərə cavab ver. O ki qaldı, sinifdə şagird sayının keyfiyyətinə, bunu bir dəfə dedin, bəs edər, özünü gülməli vəziyyətə salma. Sinqapurdan da sitat gətirmə, məsələn, orda sənin kimi təhsildən anlayışı olmayanı təhsil sistemində heç qapıçı da qoymazlar. Orada sinfin ölçüsü, tədris proqramı, dərs deyənin bilik və bacarıqları tamamilə fərqlidir.
Ümid edirəm ki, Təhsil Nazirliyinin rəhbərliyi milləti, dövlət xadimlərini açıq şəkildə təhqir edən bu şəxsi mütləq şəkildə cəzalandıracaq”.
Məsələylə bağlı təhsil eksperti Etibar Əliyev də fikirlərini bildirib:
“Bu gün İTV-də "Sabaha saxlama" proqramında "700 bal niyə toplanılmadı: Yeni qaydalar bizə nə verdi?" mövzusunda keçirilən diskussiyaya baxdım. Təhsil nazirliyini "Təhsilin inkişafı proqramları" şöbəsinin müdiri, "Təhsil" İnstitutunun direktor əvəzi Emin Əmrullayev təmsil edirdi. E. Əmrullayevin təhsilin keyfiyyətinin şagird sıxlığından asılılığı, repetitorluğun geniş vüsət almasının səbəbləri, yeni kurikulumların qəbul prosesindəki rolu barədə danışıqları o qədər naşı xarakter daşıdı ki, tanımayan elə bilərdi ki, bu adam ya İnam Kərimovun, ya da Sahil Babayevin sıravi işçisidir. Məncə, nazirlik rəsmilərinin bəzilərinin belə danışıqlarından əhalinin təhsil haqqında bilgiləri dumanlı olur. Tövsiyə edərdim ki, Təhsil nazirliyinin rəhbərliyi iki vəzifə tutan bu adamın çıxışına baxsınlar. Başa düşdüklərini aralarında müzakirə etsinlər, sonra cəmiyyətə açıqlama versinlər. Bu adamın əl qoyduğu bütün layihələr fiaskoya uğrayıb. Bəlkə bunu da bilmirlər?
Tamaşaçını adamın verilişdəki ədəbazlığı qıcqıran savadından daha çox əsəbləşdirirdi”.
Telegram kanalımız