"Bu prosesin davam edəcəyi gözlənilir".
Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.
Xatırladaq ki, 2 gün əvvəl nazirliyin qərarı ilə Azərbaycanda daha 3 qurumun federasiya statusu dayandırılıb: “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB. Dominos pizza
Nəticədə, son bir neçə ayda 25 İB-nin federasiya statusu dayandırılmış olub.
Bu addımın hansı zərurətdən yarandığına dair Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib: :
“Nazirlər Kabinetinin qərarı ilə universal döyüş idman növü xidməti tətbiqi idman növü hesab olunur. Lakin bu baxımdan həvəskar universal döyüş idman növünün ayrıca olaraq tanınması məqsədəuyğun deyil. Xidməti-tətbiqi idman növləri üçün olmasına baxmayaraq, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə riayət olunmalıdır.
"Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası" İB-nin "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 11.2.2 və 11.2.4-cü maddələrinin tələblərinə cavab vermədiyindən və fəaliyyətində yaranan nöqsanlar barədə nazirliyə çoxsaylı şikayətlər daxil olduğundan federasiya statusu dayandırılıb.
"Azərbaycan Peşəkar Boks Federasiyası" İB-nin fəaliyyəti "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş meyarlara cavab vermədiyi üçün respublika idman federasiyası olaraq fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Lakin təşkilat olaraq, öz fəaliyyətini davam etdirə bilər”.
Qabil Mehdiyev onu da qeyd edib ki, bu prosesin davam edəcəyi gözlənilir.
Telegram kanalımız