“Hava haqqında xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməli və gündəlik fəaliyyətdə onlar mütləq şəkildə nəzərə alınmalıdır".
Yenisabah.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
"Vətəndaşlara qeyri-sabit və küləkli hava şəraitində ehtiyatlı olmağı, hündür ağacların altında dayanmamağı, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamamağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması ucbatından sürücülərə hərəkət edərkən diqqətli və ehtiyatlı davranmalarını tövsiyə edirik. pizza hut
Hər birimizin ehtiyatsızlığı müəyyən hadisələrə səbəb ola bilər. Xoşagəlməz halların baş verməməsi üçün ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir”, - deyə nazirlik sözçüsü qeyd edib.
Xatırladaq ki, yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq.
Telegram kanalımız