Nazirlik xəbər saytlarına diqqətli olmağı tövsiyə etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik xəbər saytlarına diqqətli olmağı tövsiyə etdi

Maraqlı

15 Oktyabr 2020 11:19 1142


Təmas xəttində düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar, Ermənistan tərəfindən Azərbaycanın bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən Yenisabah.az-a erilən məlumata görə, bununla əlaqədar olaraq, qurum tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.

"Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər", - Mərkəzdən bildirilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!