Nazirliklər tullantıların idarə olunması ilə bağlı görüş keçirib

saytların hazırlanması

Evə çatdırılma

Nazirliklər tullantıların idarə olunması ilə bağlı görüş keçirib

Sosial

28 Fevral 2019 15:42 1427


Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə Xaçmaz rayonunda görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat Nazirliklərinin, yerli idarəetmə orqanlarının nümayəndələri və sahibkarların iştirak etdiyi görüşdə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib.

Sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə edilib. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!