Nazirliyə 5700-dən çox müraciət daxil olub

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyə 5700-dən çox müraciət daxil olub

Sosial

27 Aprel 2019 16:58 578


Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 2 min 712-si canlı rejimdə birbaşa, 611-i isə səsli menyu vasitəsilə olmaqla 5 min 700-dən çox müraciət daxil olub.

Nazirlikdən “Yeni Sabah”a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib. Sezar pizza

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı mərkəzinə 87 minədək müraciət daxil olub.

Qeyd edək ki, 195-2 Çağrı mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!