“Bu gün istər karyeramda, istərsə də şəxsi inkişafımda özünəməxsus rolu olan 11 illik iş yerimdən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən öz xahişimlə ayrıldım”.
"Yeni Sabah" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mətbuat katibi olmuş Zamirə Adilova bildirib.
“Bu Nazirlikdə böyümüşəm mən. Hər zaman, diqqət və qayğı görmüşəm. Elə bu Nazirlikdən ayrılanda da bu qayğını ən yüksək formada gördüm. pizza
Müqəddəs Ramazan ayıdır. Bütün gördüyüm işlərdə əgər zəhmətim varsa, bu zəhməti Nazirlikdəki hər kəsə halal edirəm.
Bilərəkdən və ya bilməyərəkdən incitdiyim, haqqına girdiyim kəslərdən (əgər belə biri varsa) isə halallıq istəyirəm! Haqqınızı halal edin dostlar.
Ədalətinə və mərhmətinə sığındığımız tanrı hər birimizin yolunu açıq etsin...Yeni layihələrdə görüşmək ümüdi ilə hər birinizi bağrıma basıram”, - Z.Adilova qeyd edib.
Qeyd edək ki, hazırda nazirliyin mətbuat katibi vəzifəsini tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova icra edir.
Telegram kanalımız