“Nə yaxşı ki, başlarını aşağı salıb susmadılar” – Əli Kərimli

saytların hazırlanması

Evə çatdırılma

“Nə yaxşı ki, başlarını aşağı salıb susmadılar” – Əli Kərimli

Siyasət

29 Mart 2019 12:05 1045


““Diqlas”da əmlakı yanan sahibkarları təbrik edə bilmirəm, acıları böyükdür, ancaq hər halda təsəllidir ki, hökumət susqunluğu aradan qaldırıb, onlara kömək ediləcəyinə söz verdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli sosial şəbəkədə yazıb. O, bildirib ki, toplum olaraq hamımız həmin sahibkarların yanında olmağa çalışdıq: “Heç şübhəsiz ki, Milli Şuranın 6 aprelə təyin etdiyi mitinq də hakimiyyəti narahat etdi. Anladılar ki, fəlakətlə üzləşmiş minlərlə insanın taleyinə biganəlik, xalqın daha da hiddətlənməsinə səbəb olar. Ancaq hökumətdən kömək vədi almaqda ən böyük rol elə sahibkarların özünə məxsus oldu. Nə yaxşı ki, başlarını aşağı salıb susmadılar. Nə yaxşı ki, haqlarını tələb etdilər. Növbəti bir müsbət nümunə yaranmaqdadır”.

Ə. Kərimli deyib ki, haqqını tələb edənlər onu qismən də olsa, ala bilir: “Düzdür, hələ bilmirik ki, hökumətin sahibkarlara kömək vədi nə qədər real olacaq. Gərək nəzarət edək. O da var ki, cinayətkarcasına səhlənkarlığa yol verib, yanğına səbəb olanların, bu böyüklükdə obyekti sığortasız işlədənlərin, ən əsası da ölkədə sığorta bazarını monopoliyada saxlayan ailə hakimiyyətinin məsuliyyətindən hələ söhbət getmir. Belə ciddi nəticələrə yalnız ümumxalq etirazları ilə nail olmaq olar”. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!