“Necə olur ki, hər yerdə futbolçu çıxır, Azərbaycanda yox?”

saytların hazırlanması

Evə çatdırılma

“Necə olur ki, hər yerdə futbolçu çıxır, Azərbaycanda yox?”

İdman

13 May 2025 15:25 433


"Necə olur ki, hər yerdə futbolçu çıxır, Azərbaycanda yox?"

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bunu U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.

O, “Zirə”nin məşqçisi Rəşad Sadıqovun Azərbaycanda futbolçu qıtlığı ilə bağlı sözlərinə münasibət bildirib. Dominos pizza

Xatırladaq ki, Sadıqov son 10 ildə təxminən 50 istedadlı futbolçunun itirildiyini deməklə bərabər, "Azərbaycanda futbol yoxdur" deyənləri Azərbaycan futbolunun düşmənləri də adlandırıb. 

Öz növbəsində, Samir Əliyev qeyd edib: "Necə olur ki, hər yerdə futbolçu çıxır, Azərbaycanda yox? Belə bir şey ola bilməz. Bəllidir ki, infrastrukdur problemləri də var. Uşaq futbolunda yaxşı məşqçilər çatmır. Amma bu,futbola yanaşmanın nəticəsidir.

Bu yaxınlarda futbol veteranlarımız Özbəkistana səfər etdilər. Onlar yerli klubların infrastrukturu ilə tanış olublar. Veteranların danışığından məlum olur ki, Özbəkistanda futbol infrastrukturu bizdəkindən yaxşıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!