“Son iki həftə ərzində bazar iştirakçıları neft bazarını əsas iki meyara görə qiymətləndirir. Bunlar neft tədarükünün gələcək inkişafı və pandemiyanın ikinci dalğasının baş vermə ehtimalıdır”.
Yenisabah.az xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. “Birinci meyar kəsintilərlə bağlı OPEC+ sazişinin şərtlərinin icra səviyyəsinə söykənərək neftin qiymətini barel hesabı ilə 40 dollardan yuxarı qaldırdı, ikinci meyar neftin qiymətini daha məntiqli səviyyəyə 37 dollara endirdi. Çünki OPEC səbəti qiyməti hazırda daha real qiymətdir. Qarşıdakı günlərdə tələb və təklifdə ciddi bir şok yaşanmasa , gündəlik qiymət dalğalanmasının cüzi olacağı ehtimal edilir”-deyə ekspert əlavə edib.
Telegram kanalımız