“Avqust ayında OPEC+ sutkalıq neft hasilatı 34,23 milyon barel təşkil edib. Hədəf hasilat isə 34,42 milyon barel olub”.
Yenisabah.az xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
“Alyans iştirakçılarının bəzilərinin müəyyən edilmiş kvotadan artıq hasilata görə etdikləri kompensasiya endirimləri (təzminat öhdəliyi) avqust ayında koalisiyanı kollektiv hasilat tavanının altında saxladı. Beləliklə, avqust ayında OPEC+ kəsintilərlə bağlı öhdəlik sazişinə 104% , OPEC kənar dövlətlər isə 99% əməl edib”,-deyə ekspert əlavə edib. pizza
Telegram kanalımız