Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu   - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT

Hadisə

28 May 2025 16:50 468


Neftçalada baş verən dəhşətli yanğının təfərrüatları məlum olub. 

Yenisabah.az xəbər veriri ki, "Unikal"ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində rayonun Xolqaraqaşlı kəndində baş verib.

Belə ki, usta olan qardaşlar - 2001-ci il təvəllüdlü Bayram Əzizov və 1995-ci il təvəllüdlü Babək Əzizov evin döşəməsinə dolğu vuran zaman onlardan biri siqaret çəkmək üçün alışqanı yandırıb. Bu zaman evdə partlayış baş verib. Partlayış nəticəsində Bayram Əzizov hadisə yerində ölüb, Babək Əzizov isə yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.  Dominos pizza

Məlumata görə, qardaşların ataları onlar uşaq olan vaxt vəfat edib. Ölən qardaş subay, yaralı qardaş isə evlidir və iki övladı var. 

Faktla bağlı araşdırma aparılır. 

 

  • Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT (FOTOLAR)
  • Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT (FOTOLAR)
  • Neftçalada iki qardaşın evdə dolğu vurmağı birinin həyatına son qoydu - TƏFƏRRÜAT (FOTOLAR)

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!