““Neftçi” bizdən fərqlənmir“ - Rəqib klubun məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

““Neftçi” bizdən fərqlənmir“ - Rəqib klubun məşqçisi

İdman

29 İyun 2022 14:40 787


“Neftçi” bizimlə eyni vəziyyətdədir. Onların da yeni baş məşqçisi var və hazırlığa bu günlərdə başlayıblar”.

Yenisabah.az Qol.az-a istinadla xəbər verir ki, bu sözləri Kipr “Aris”inin baş məşqçisi Aleksey Şpilevski klubun TV kanalına müsahibəsində deyib.

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Kiprdə, cavab matçı isə ayın 28-i Bakıda olacaq. pizza

34 yaşlı belaruslu mütəxəssis bildirib ki, bu mərhələnin oyunlarına 100 faiz hazır olmaq çətin olur: “Amma motivasiya var. Əgər matça tam hazır olmasaq belə, axıradək mübarizə aparacağıq. Həmin görüşlərə son oyunumuz kimi çıxacağıq”. 

Baş məşqçi bildirb ki, “Neftçi” ilə görüşlərə qədər daha 2-3 oyunçu almaq niyyətindədirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!