“Neftçi” braziliyalı futbolçunu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” braziliyalı futbolçunu transfer etdi

İdman

11 Fevral 2025 01:39 375


“Neftçi” braziliyalı vingerin transferini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, "ağ-qaralar" 22 yaşlı Aleks Fernandeslə anlaşıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək. pizza

Oyunçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya I Liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!