“Neftçi” “Everton”un sabiq futbolçusunu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” “Everton”un sabiq futbolçusunu transfer etdi

İdman

08 Fevral 2025 18:59 232


"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunun transferini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, "ağ-qara"lar Bassala Sambu ilə anlaşıb. Toyuqlu pizza

Doqquz nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!