“Neftçi“ gürcü futbolçu ilə müqavilə müddətini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ gürcü futbolçu ilə müqavilə müddətini açıqladı

İdman

04 İyul 2022 12:24 801


“Neftçi” gürcü futbolçu Solomon Kvirkveliyanın transferi ilə bağlı yeni məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, onunla 2 il müddətinə müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi 4 nömrəli formanı geyinəcək.

Solomon Kvirkveliya Rusiyanın “Rubin” (2011-2017), “Nefteximik” (2012), “Lokomotiv” (Moskva, 2017-2021), “Rotor” (2020-2021), Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib. Sezar pizza

O, Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və Superkubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!