“Neftçi“ və “Sumqayıt“ qalib gəldi   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ və “Sumqayıt“ qalib gəldi - Yenilənib

İdman

20 Oktyabr 2019 19:29 1017


Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

"Yeni Sabah" xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. 

İlk matçda "Neftçi" öz meydanında "Zirə"ni qəbul edib. Komandalar arasında birinci dövrədəki görüşdə zirəlilər 1:0 hesablı qələbə qazanıb. Bugünkü görüşdə isə "Neftçi" rəqibini asanlıqla məğlub edib.  pizza

Turun son matçında isə "Sumqayıt" "Səbail"in qonağı olub. Bu komandaların ilk dövrədəki oyununda isə paytaxt təmsilçisi 3 cavabsız qolla qalib gəlib. Bu matçda isə "Sumqayıt" rəqibini 2 cavabsız qolla məğlub edib. 

20 oktyabr 

Azərbaycan Premyer Liqası, 8-ci tur

17:00. “Neftçi” – “Zirə” - 3:0 

Qollar: D. Federiko, 27, B. Dabo, 46, S.Monroz, 77

Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.

“Bakcell Arena”

 

19:30. “Səbail” – “Sumqayıt” - 0:2

Qollar: P. Babayi, 47, E. Cəfərquliyev, 90

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov.

“ASCO Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!