““Neftçi“ ilə matçda çox dəyişiklik etməyi düşünmürəm“ - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

““Neftçi“ ilə matçda çox dəyişiklik etməyi düşünmürəm“ - Qurban Qurbanov

İdman

28 Oktyabr 2019 18:44 936


"Futbolçularımı təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birin göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər". 

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın IX turunda evdə "Səbail"i məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında deyib. 

47 yaşlı mütəxəssis qarşıdakı "Neftçi" ilə matç barədə də danışıb: "Rəqibimiz ciddi və istəklidir. Oyunlarımız maraqlı alınır. Oyunçulardan intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı matç olsun və futboldan həzz alsınlar. Ondan sonra Kipr APOEL-ilə qarşılaşmanın olmasına baxmayaraq, "Neftçi" ilə matçda çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik". Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!