“Neftçi“ sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir“

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir“

İdman

07 Fevral 2025 16:31 605


"Uzun səyahətin başlanğıcındayıq. Burada olmaq mənim üçün şərəfdir. "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir".

“Yeni Sabah” xəbər verir ki, bunu "Neftçi" ilə əməkdaşlıq müqaviləsi imzalayan "Palms Sports"un baş icraçı direktoru Fouad Darviş mətbuat konfransında deyib.

O, "ağ-qaralar"la əməkdaşlıq etdikləri üçün fəxr hissi duyduğunu bildirib: Toyuqlu pizza

"Bu sözləşmə uzunmüddətli iddianın rəmzidir. Biz bu tərəfdaşlığa adi sponsorluq kimi baxmırıq. İnkişafa yol açmaq istəyirik. Klubun inkişafına və infrastrukturun təkmilləşməsinə imkan yaradacağıq. "Neftçi"nin bir əsrə yaxın tarixi var və çox böyük hörmətə layiqdir".

Qeyd edək ki, "Neftçi" PFK ilə "International Holding Company"yə (IHC) məxsus olan "Palms Sports" arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!