“Neftçi“ - “Sumqayıt“ matçı təxirə salınacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ - “Sumqayıt“ matçı təxirə salınacaq?

İdman

21 Fevral 2025 13:47 247


"Qar yağması ehtimalını əvvəldən nəzərə almışıq. Bütün klublar qırmızı topla təmin olunublar".

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov cavab verib.

O bu gün keçirilməli olan "Neftçi" - "Sumqayıt" matçına dair bildirib ki, matçın keçiriləcəyi "Neftçi Arena"da klub və stadionda xidmət aparan şirkət tərəfindən təmizləmə işləri görülür və və bu saata oyunun təxirə salınması planlaşdırılmır: Pepperoni pizza

"Qar yağması ehtimalını əvvəldən nəzərə almışıq. Bütün klublar qırmızı topla təmin olunublar. Eyni zamanda texnika hazır vəziyyətə gətirilib. Səhər saatlarından "Neftçi Arena"da işlərə başlanılıb. İlkin təmizləmə prosesi həyata keçirilib. Hal-hazırda da qar davam edir. Oyunun başlamasına 2 saat qalmış yenidən təmizləmə işləri görüləcək. Ümumilikdə vəziyyət nəzərə alınaraq "Neftçi Arena"da bütün tədbirlər həyata keçirilir. Plana uyğun davam edirik".

"Neftçi" - "Sumqayıt" matçının bu gün saat 19:00-da start götürməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!