"Neftçi"nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda "Sumqayıt"la matçın sonlarında iştirak etdiyi insidentdə hərəkətinə görə üzr istəyib.
“Yeni Sabah” xəbər verir ki, o, “İnstagram" hesabından məsələ ilə bağlı açıqlama yayıb:
"Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insananıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orada dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacağam". pizza sifarişi
Qeyd edək ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” qələbə qolunu vuranda rəqib futbolçularla meydan sahibləri arasında insident yaşanıb. Belə ki, “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Telegram kanalımız