Azərbaycan Premyer Liqasında 3-cü turun daha bir oyunu keçirilib.
“Yeni Sabah” xəbər verir ki, "Bakcell Arena"da "Neftçi" "Sumqayıt"ı qəbul edib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 33-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Mehdi Şərifi açıb. O, qapıçı Səlahət Ağayevin kobud oyunundan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib. "Neftçi" bu qola 64-cü dəqiqədə kapitan Emin Mahmudovun dəqiq zərbəsi ilə cavab verib. pizza
Əlavə vaxtda Stiven Jozef-Monrozun dəqiq zərbəsi “Neftçi”-yə qələbə qazandırıb.
Bu qoldan sonra meydanda iki komandanın üzvləri arasında dava düşüb.
Nəticədə "Neftçi"nin məşqçisi Etibar Tanrıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda Vurğun Hüseynov Anton Krivotsyuku vurub. Referi hər iki oyunçunu meydandan qovub.
Bununla da ilk qələbəsini qazanan "Neftçi" xallarını 4-ə çatdırıb və 5-ci pilləyə yüksəlib. 3 xalı olan "Sumqayıt" isə 6-cı pilləyə enib.
Telegram kanalımız