“Neftçi” üçün “bayram turu”

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” üçün “bayram turu”

İdman

09 Dekabr 2019 09:51 1190


Azərbaycan Premyer Liqasının XIV turu əlamətdar hadisələrlə yadda qalıb.

"Yeni Sabah" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Miçel Markos Madera Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Bu yubiley “Keşlə” ilə ev matçına (2:2) təsadüf edib.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən Miçel indiyədək keçirdiyi 100 qarşılaşmada 16 qol vurub. Ölkəmizdə yalnız bir klubda çıxış edən yarımmüdafiəçi cari mövsümdən başqa hər çempionatda qol vurub: 2015/16 – 24 oyun (4 qol), 2016/17 – 25 oyun (4 qol), 2017/18 – 23 oyun (3 qol), 2018/19 – 19 oyun (5 qol), 2019/20 – 9 oyun. Pepperoni pizza

“Zirə”yə 1:4 hesabı ilə uduzan “Səbail” öz qapısından 100-cü topu buraxıb. Ölkə çempionatının yüksək dəstəsində 2017/18 mövsümündə debüt edən paytaxt klubu burada keçirdiyi 70-ci qarşılaşmada “100-ə” çatıb. “Dənizçilər”i məyus edən yubiley qolunun müəllifi “Zirə”nin futbolçusu Tellur Mütəllimov olub. “Səbail” bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. “Səbail” Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub. “Səbail”in qapısına ilk qolu da “Zirə” vurub. 2017-ci il avqustun 13-də Milan Duriç ev oyununda qonaqları məyus edib. Qəsəbə təmsilçisi ev görüşündə 2:1 hesabı ilə qalib gəlib.

“Sabah” – “Neftçi” (0:2) oyununda vurulan son qol qonaqlar üçün əlamətdar olub. Paytaxt təmsilçisi son turda ölkə çempionatları tarixində 550-ci səfər qoluna imza atıb. Bu yubiley topunun müəllifi Stiven Monroz olub. Onun 90+2-ci dəqiqədəki qolu komandasına 2:0 hesablı qələbə qazandırıb.

“Neftçi” 1992-ci ildən çıxış etdiyi çempionatlarda 550-ci səfər qolunu 390-cı oyununda vurub.

Azərbaycan Premyer Liqa klubları 2019-cu ildə ilk iki dövrənin oyunlarını keçiriblər. II dövrənin 7 turunda 28 matç oynanılıb. Bu qarşılaşmalarda “Neftçi” hamıdan çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.

Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.

Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.

Qeyd edək ki, I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!