“Neftçi”dən antirekord – Tarixində ilk dəfə...

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”dən antirekord – Tarixində ilk dəfə...

İdman

21 Dekabr 2019 09:38 1236


“Neftçi” futbol üzrə Azərbaycan kubokunda antirekorda imza atıb.

"Yeni Sabah" xəbər verir ki, "ağ-qaralar" 2019/20 mövsümünü qol vurmadan tərk edib.

Yarışa 1/4 finaldan başlayan Bakı təmsilçisi doğma meydanında 0:1 hesabı ilə uduzduğu “Sumqayıt”a səfərdə də qol vura bilməyib – 0:0. Bu, 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısının tarixində ilk belə hadisədir. İndiyədək antirekord ötən mövsümün nəticəsi idi. pizza

Həmin vaxt bakılılar indiki kimi 2 oyun keçirsələr də, cəmi 1 qol vurmuşdular. Onda da 1/4 finaldan yarışa başlayan “Neftçi”nin rəqibi “Sumqayıt” idi – 0:2, 1:0.

Qeyd edək ki, paytaxt təmsilçisinin kubokdakı rekordu 27 qol vurduğu 1994/95 mövsümüdür. Həmin vaxt komanda 9 oyun keçirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!