“Neftçi”nin Müşahidə Şurası toplandı – Bordinə ciddi tapşırıq verildi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin Müşahidə Şurası toplandı – Bordinə ciddi tapşırıq verildi

İdman

26 Sentyabr 2019 16:36 797


Bu gün “Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, klubun inzibati binasında baş tutan görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara A komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub. Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulayıblar. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!