“Neftin qiyməti psixoloji həddi keçib”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Neftin qiyməti psixoloji həddi keçib” - Deputat

İqtisadiyyat

06 May 2020 15:03 899


“Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün “Brent” markalı neftin 1 barreli 31 dollardan baha təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır”.  Marqarita pizza

Yenisabah.az xəbər verir ki, bunu deputat, iqtisadçı-alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə, ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib: “Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. ABŞ və Avropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda, enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən, qədim qitə iqtisadiyyatı yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, "qara qızıla" tələb yenidən azalacaq. Bütün hallarda neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.  Marqarita pizza

  Marqarita pizza

  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!