Xəbər verdiyimiz kimi Milli Dövlətçilik Partiyasınn sədri Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından (AXH) uzaqlaşdırılıb.
Bununla bağlı “Yeni Sabah” Nemət Pənahlının fikrini öyrənməyə çalışıb. Lakin N.Pənahlı məsələ ilə əlaqəli danışmaqdan imtina edib:
“O xəbəri kim yayıb onunla danışmaq lazımdır. Mən hələlik bu haqda heç bir informasiya verməmişəm. Yəqin ki, münasibətimi bildirəndə açıq şəkildə edəcəm və hamınız biləcəksiniz”. pizza mizza
Qeyd edilir ki, N.Pənahlının təşkilatdan uzaqlaşdırılmasına onun "qeyri-səmimi davranışları"ı səbəb olub. Belə ki, N.Pənahlı son vaxtlar Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sözvdələşmələr içindəymiş və o, AXH rəhbərliyindən xəlvət bu cür proses aparırmış. Onun bu hərəkətləri AXH-də narahatlıq yaratdığndan, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb.
Telegram kanalımız