Nərgiz İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

saytların hazırlanması

Evə çatdırılma

Nərgiz İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

İdman

04 Mart 2025 11:34 1031


Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında Çempionlar Liqası matçına təyinat alıb.

“Yeni Sabah” Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, N.İsmayılova bu gün 1/4 finalda baş tutacaq “Numiya" (İtaliya) və “Eczaçıbaşı" (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, İtaliyanın Milan şəhərində təşkil olunacaq matçı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Şimiç idarə edəcəklər. Qarşılaşmanın “challenge” hakimi isə yunanıstanlı Mixail Temelis olacaq. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!