Nəsimidə əməliyyat - 11 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Nəsimidə əməliyyat - 11 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı

Kriminal

05 Avqust 2025 11:57 281


Bakıda 11 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarıb.

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. pizza

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!