Nəsimidə soyğunçuluq və qarət: 5 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Nəsimidə soyğunçuluq və qarət: 5 nəfər tutuldu

Kriminal

18 İyul 2025 19:39 569


Nəsimi rayonunda quldurluq və oğurluq edən 5 nəfər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bir qrup naməlum şəxs 24 yaşlı kişiyə fiziki zor tətbiq edərək mobil telefonunu talayıb. Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M.Novruzlu və 40 yaşlı V.Hacıyev saxlanılıblar.

Gözəllik salonundan və bir marketdən oğurluqlara görə isə (ümumən 1000 manata yaxın maddi ziyan) şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Bədəlov və 44 yaşlı E.Bilalovdur. Dominos pizza

Bundan başqa, bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!