Netanyahunun bu fotosu viral oldu -   Hamı səbəbi ilə maraqlanır

saytların hazırlanması

Evə çatdırılma

Netanyahunun bu fotosu viral oldu - Hamı səbəbi ilə maraqlanır

Dünya

27 Yanvar 2026 13:40 407


İsrailin Baş naziri Benyamin Netanyahunun sosial mediada yayılan fotosu dünya gündəmində geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, onun avtomobilə mindiyi anda çəkilən fotosunda diqqət çəkən detal isə telefonunun kamerasının bantla bağlanmasıdır.

Sosial mediada qısa müddət ərzində viral olan foto izləyənlərdə bunun səbəbi ilə bağlı suallar yaradıb. Dördpendirli pizza

Mütəxəssislər bildirirlər ki, bu tədbir telefonun kamerası vasitəsilə vizual izləmənin və casusluğun qarşısını almaq məqsədilə görülüb. Bu addımın dövlət rəhbərlərinin şəxsi və strateji kommunikasiya təhlükəsizliyinə verdiyi önəmi göstərdiyini vurğulayırlar. Ekspertlərin fikrincə, xüsusilə casus proqramlar telefon kamerasını uzaqdan aktivləşdirə bildiyi üçün bu tip tədbirlər praktik, sadə və ucuz müdafiə üsulu kimi qiymətləndirilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!