Neymar niyə “Barselona”dan PSJ-yə keçdi?

saytların hazırlanması

Evə çatdırılma

Neymar niyə “Barselona”dan PSJ-yə keçdi?

İdman

17 Yanvar 2025 12:51 212


"Barselona"nın sabiq hücumçusu Neymar 2017-ci ildə Kataloniya klubundan ayrılmasından danışıb.

Yenisabah.az xəbər verir ki, 32 yaşlı futbolçu La Liqa təmsilçisini tərk edərək PSJ-yə keçməsinin səbəbini açıqlayıb:

“Bu, şəxsi bir şeydir. Açığı, maliyyə baxımından PSJ-nin təklifi "Barselona"dakı qazancımdan daha yaxşı idi. Üstəlik, PSJ-də braziliyalılar var idi. Braziliyalılarla oynamaq istəyirdim. Tyaqo Silva, Dani Alveş, Markinyos, Lukas Moura PSJ-də çıxış edirdi. Onların hamısı mənim dostlarım idi”. Pepperoni pizza

Neymar 2013-2017-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddət ərzində o, bütün turnirlərdə 186 matça çıxıb, 105 qol vurub və 76 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!