Nigar Camalın geyimi yenə gündəmi silkələdi

saytların hazırlanması

Evə çatdırılma

Nigar Camalın geyimi yenə gündəmi silkələdi

Şou

01 Sentyabr 2025 17:21 626


Müğənni Nigar Camal geyimi ilə yenidən müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, ifaçı “At Gücü” – klassik avtomobillərin sərgisi və yürüşü, eləcə də Binə Atçılıq Mərkəzində təşkil olunan Qarabağ atlarının şousunda iştirak edib. 

Tədbirdə tanınmış mədəniyyət nümayəndələri ilə yanaşı, dövlət qurumlarının rəsmiləri, müğənnilər və aparıcılar da yer alıb. Pepperoni pizza

Nigar Camalın tədbirə dərin sinə dekolteli libasla qatılması izləyicilər arasında müzakirələrə yol açıb. Sosial mediada yayılan görüntülərə münasibət bildirən istifadəçilərin seçimini tənqid edərək, belə bir tədbirdə bu cür geyimin yersiz olduğunu bildiriblər. 

İfaçı isə hələlik yayılan tənqidlərə münasibət bildirməyib.

Qeyd edək ki, Nigar Camal tez-tez qeyri-adi geyim tərzi ilə gündəmə gəlir və onun seçdiyi libaslar hər dəfə geniş müzakirələr doğurur.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!