Nigar Məmmədova yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Nigar Məmmədova yüksək vəzifəyə təyin olundu

Maraqlı

16 Avqust 2023 23:16 4892


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC-nin direktoru Pərvinə İsmayılova vəzifəsindən azad edilib.

Yenisabah.az xəbər verir ki, şirkətə rəhbərlik Nigar Məmmədovaya həvalə olunub.

Xatırladaq ki, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!