Nigeriyada terrorçular 32 dinc sakini qətlə yetirdilər

saytların hazırlanması

Evə çatdırılma

Nigeriyada terrorçular 32 dinc sakini qətlə yetirdilər

Dünya

15 Fevral 2026 16:57 448


Terrorçular Nigeriyanın qərbində üç kəndə hücum edərək 32 yerli sakini qətlə yetiriblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Arise" telekanalı məlumat yayıb.

Hadisə ötən gecə Niger ştatının Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. Ölənlərin və naməlum istiqamətə aparılan girovların dəqiq sayı hələ müəyyənləşdirilməyib. Sezar pizza

Telekanal qeyd edir ki, törədilən cinayətlərin dəsti-xətti "Boko Haram" ekstremist qruplaşmasının hücumlarını xatırladır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!