Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionu oldu

İdman

29 İyun 2022 00:15 950


İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Yunan-Roma güləşi üzrə milli komandanın 2 üzvü qızıl medal qazanıb. Dördpendirli pizza

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.

Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gəlib. Vəliyev 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sabah yığmanın daha 4 üzvü medallar uğrunda mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!