Nikaha daxil olmaq istəyən 540 nəfərdə sifilis, 110 şəxsdə QİÇS aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Nikaha daxil olmaq istəyən 540 nəfərdə sifilis, 110 şəxsdə QİÇS aşkarlanıb

Sağlamlıq

22 Yanvar 2021 13:59 1021


2020-cu il ərzində nikaha daxil olmaq istəyən 75 857 nəfər müayinədən keçib.

Yenisabah.az xəbər verir ki, müayinədən keçənlərdən 2 541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 48 olub. Dördpendirli pizza

Təkcə dekabr ayı ərzində isə 5 828 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 217 nəfərdə talassemiya daşıyıcılığı, 50 nəfərdə sifilis, 8 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub.

2015-ci ildən indiyədək 711 221 nəfərdə qan müayinəsi aparılıb. 24 434 cütlükdən birində talassemiya daşıyıcılığı, 283 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 649 nəfərdə sifilis, 715 nəfərdə HİV(QİÇS) qeydə alınıb". (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!