Venesuelanın hazırda ABŞ-də həbsdə olan Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanıldığı həbsxanadan çıxarılıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, onlar Nyu York Məhkəməsinə aparılır.
Birləşmiş Ştatların hüquq-mühafizə orqanları bununla əlaqədar ciddi təhlükəsizlik tədbirləri görüb. Dördpendirli pizza
Qeyd edək ki, N.Maduro 1962-ci ildə anadan olub. O, 2013-cü ildən Venesuelaya rəhbərlik edirdi.
ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Bununla paralel olaraq Birləşmiş Ştatların seçmə qüvvəsi olan Delta Force xüsusi təyinatlıları əməliyyat keçirərək Prezident N.Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib ABŞ-yə aparıb.
Nyu York Cənubi Federal Məhkəməsində onlara qarşı narko-terrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb.
İlhamə Qasımlı
Telegram kanalımız