Ağcaqanadlar virus yayır: 1 nəfər öldü - Diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Ağcaqanadlar virus yayır: 1 nəfər öldü - Diqqətli olun!

Dünya

27 İyul 2019 08:59 1426


Şimali Kiprdə Qərb Nil virusu yayılıb.

"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, virus səbəbilə artıq bir nəfər -  Hilmi Elibol adlı şəxs ölüb. 7 nəfər isə hazırda xəstəxanada müalicə alır.

Rəsmi qurumlar vətəndaşlara xəbərdarlıq edərək su hövzələrindən uzaq durmağı məsləhət görüb: Marqarita pizza

"Göl, hovuz, adicə dibçəklərə tökdüyümüz az miqdardakı su belə ağcaqanadlar üçün münbit şərait deməkdir. Bunun üçün evinizdə, yaxud ətrafda mövcud olan su hövzələrini qapayın. Uzun müddət hansısa qabda, yaxud bakda, hovuzda qalmış suları təzələyin. Köhnəlmiş suyu istifadə etməyin".

Qeyd edək ki, Qərbi Nil virusu Türkiyənin də bir neçə şəhərində müşahidə olunub.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!