Niyazi Mehdinin vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Niyazi Mehdinin vəziyyəti ağırdır

Sosial

09 Fevral 2025 19:58 271


Xəbər verdiyimiz kimi, tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi bir neçə gün öncə xəstəxanadan evə buraxılıb.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, hazırda N.Mehdinin durumu ağır olaraq qalır. Alimin ürəyində ciddi problemlər var. Eyni zamanda, şəkər xəstəliyi ilə əlaqədar bir ayağının baş barmağı kəsilib.

"Dünən xəstəxanadan çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb. Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb",- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib. pizza

Qeyd edək ki, N.Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!