Növbədə Fikrət Məmmədovdur: Onun yerinə bu nazir gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Növbədə Fikrət Məmmədovdur: Onun yerinə bu nazir gətiriləcək

Siyasət

29 Dekabr 2022 14:30 39142


Azərbaycanda uzun illər vəzifədə qalan  şəxslərin sıradan çıxarılması prosesi gələn il də davam edəcək. Hakimiyyətin əsas simalarından biri olan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yola salınmasından sonra növbəti “vurulacaq” şəxsin kimliyi də müəyyən olunub.

Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, bu, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovdur.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Fikrət Məmmədovun yola salınması ölkədə aparılan məhkəmə-hüquq sisteminin islahatı kimi cəmiyyətə təqdim olunacaq. Dördpendirli pizza

Sirr deyil ki, Azərbaycan vətəndaşlarının ən ciddi şəkildə narazı  qaldığı sahə  məhz məhkəmə-hüquq sistemi  sahəsidir.

Məlumatlı mənbəmiz  Fikrət Məmmədovu əvəzləyəcək şəxsin kimliyinin də artıq müəyyən olunduğunu deyib.

Bu, ölkənin hazırkı xarici işlər naziri Ceyhun Bayramovdur.

Qeyd edək ki, Təhsil Nazirinin müavini təyinatına qədər  Ceyhun Bayramov “OMNİ” hüquq şirkətinin  sahibi olub.

Onun sahibi olduğu bu şirkət SOCAR-ın beynəlxalq  müqavilələrinin  hazırlanması və  məhkəmə çəkişmələrində əsas tərəfdaşı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!