Fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 11-ə yüksəlib.
"Yeni Sabah" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında "Vahid Azərbaycan" və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, buna qədər 9 siyasi partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınmışdı. Dördpendirli pizza
Yeni Azərbaycan Partiyası
Ümid Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Böyük Quruluş Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Demokrat Partiyası
Böyük Azərbaycan Partiyası
Vahid Azərbaycan Partiyası
"Ana Vətən” Partiyası
Telegram kanalımız