“Növbəti aylarda Azərbaycanın neft gəlirləri əhəmiyyətli dərəcədə artacaq“   - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Növbəti aylarda Azərbaycanın neft gəlirləri əhəmiyyətli dərəcədə artacaq“ - Ekspert

İqtisadiyyat

17 İyul 2020 15:26 1089


Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,13 ABŞ dolları artıb. Hazırda neftin bir barelinin qiyməti 45,06 dollar təşkil edir.

Maraqlıdır, artımın davamlı olması proqnozlaşdırılırmı? Bunun Azərbaycan iqtisadiyyatına hansı müsbət təsirləri olacaq?

Yenisabah.az xəbər verir ki, neft məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd edib ki, artıq qlobal neft bazarları ilə bağlı aprel ayında olan təhlükəli vəziyyət aradan qaldırılıb: Toyuqlu pizza

"Bu, birmənalı olaraq belədir. Çünki may ayından etibarən OPEC və müttəfiq dövlətlərin qlobal neft bazarlarında tarazlığın bərqərar edilməsi ilə bağlı neft bazarlarına interdensiyanın təşkili çox qısa müddətdə nəticələrini verdi. Düzdür, bu gün neftin qiyməti elə də yüksək səviyyədə deyil. Çünki neftin hazırki qiyməti pandemiyanın yaratdığı təhdidlər altındadır. Ona görə də qarşıdakı aylarda da neft məhsullarına olan tələbat elə yüksək səviyyədə olmayacaq. Neftin qiyməti bazarda tələb-təklif balansının qorunmasından və eyni zamanda neft məhsullarına olan tələbatdan asılıdır. Hasil olunan neftin böyük bir hissəsi məhz neft emalı zavodlarında emala düçar olunur və ondan alınan neft məhsulları bazarlara yönəldilir ki, bu da öz əksini həm topdan, həm də pərakəndə satış seqmentində əks etdirir. Ona görə də neftin indiki qiyməti birbaşa OPEC-in davamlı olaraq neft bazarlarına etdiyi interdensiya ilə bağlıdır".

Ekspert diqqətə çatdırıb ki, avqust ayından başlayaq il sonunadək OPEC və qeyri-OPEC dövlətlərin Vyana sazişi çərçivəsində imzaladığı əməkdaşlıq bəyannaməsi əsasında gündəlik hasilatı həcmləri bütün ölkələr arasında təxminən 18 faiz civarında olacaq. Bildirim ki, bu göstərici may ayından iyul ayının sonunadək 23 faiz olub, olacaq. OPEC və müttəfiq dövlətlər 7,7 milyon barrel gündəlik kəsintilərə gedəcək. Eyni zamanda həqiqi kəsintilər avqust ayının 1-dən sentyabr ayının sonunadək hardasa 8.4 milyon barrel olacaq. Çünki Birləşmiş Monitorinq Komitəsinin də əvvəlki toplantısında belə bir qərar qəbul edildi ki, mayın 1-dən iyul ayının sonunadək OPEC və OPEC kənar dövlətlərin kvotalara əməl etməyən üzvləri növbəti aylarda, yəni avqustdan sentyabra kimi əlavə kəsintilərə getməlidir. Buraya İraq, Nigeriya, Anqola, Qazaxıstan aiddir. Əlavə kəsintilər ümumilikdə gündəlik 842 min barrel təşkil edəcək".

Mütəxəssis qeyd edib ki, ilin sonunadək neftin qiymətində ciddi artım olmayacaq:

"İndiki artım da hazırda tələbatla əks mütənasiblik təşkil edir. Çünki bayaq dediyim kimi, neftin qiyməti o zaman sabit və dəyişməz qalır və yüksək sıçrayışla nail olur ki, neft məhsullarına olan tələbat yüksək həddə olsun. Bu gün nə müxtəlif markalı avtomobil yanacağına, nə də dizel yanacağına tələbat pandemiyadan əvvəlki tələbat səviyyəsindədir. Eyni zamanda bazarda həddən artıq neft həcmlərinin mövcud olması, yəni ambar mərkəzlərində həcmlərin tələbatdan artıq səviyyədə olması neft emalı zavodlarının funksional fəaliyyətini, yəni gəlirlə işləməsini təhdid altına atır. Məsələn, hazırda həm ABŞ-da, həm Avropada, həm də Asiya bazarlarında mövcud neft emalı zavodları emal güclərinin təxminən 65-70 faiz çərçivəsində fəaliyyət göstərir. Bu da o deməkdir ki, neft məhsullarına tələbat elə də yüksək səviyyədə deyil. Avropadakı neft emalı zavodlarının əksəriyyətində neft emalı marjı hər barreldə 1.6-1.7 dollar civarındadır. Eyni fikri Asiya bazarlarındakı güclər barəsində də demək olar. Həmçinin ABŞ-dakı neft emalı güclərində də neft emalı marjı bu gün yüksək deyil. Məsələn, dizel yanacağının Avropa neft emalı güclərində emal marjı hər barreldə 6 dollardır. Bunu 7.33-ə vuranda hardasa 43-44 dollara yaxın edir, yəni dizel yanacağının emal marjı 6 dollardırsa, barrel hesabı ilə bu 43-44 dolar olur. Bu gəliri biz 1 ton neftin qiymətindən çıxsaq, görərik ki, burada təsir güclü olur. Neft emalı zavodları o zaman rentabelli fəaliyyət göstərir ki, neftin bir tonunun qiyməti ilə bir ton neftin emalından alınan yanacağının qiymətində fərq kifayət qədər olur. Hər barreldə minimum 6-7 dollar olmalıdır ki, neft emalı zavodları rentabelli fəaliyyət göstərsin".

Zəfər Vəliyev vurğulayıb ki, bütün hallarda bazarın tənzimlənməsi ilə bağlı indiki format ən uğurlu formatdır:

"Bir neçə gün bundan qabaq Birləşmiş Monitorinq Komitəsinin toplantısında da bildirdilər ki, bağlı əməkdaşlıq bəyannaməsinin sərhədləri 2022-ci ilin sonunadək davam etdirilsin. Lakin bu, daha çox bazarın gələcəkdəki vəziyyətindən asılı olacaq. Düşünürəm ki, bütün hallarda OPEC və müttəfiq dövlətlərin bazarın tənzimlənməsi ilə bağlı qarşıya qoyduqları məqsədə tam nail olublar. Amma bildirim ki, indiki qiymətlər bazarın hazırkı vəziyyətinə uyğun qiymətlər deyil. Əslində, bütün neft bazarları ilə bağlı fikirlərimi bildirəndə mən qeyd edirəm ki, neftin qiyməti uzun müddət sabit qalmalıdır. Əgər düzgün tənzimlənirsə, bu belə olmalıdır. Amma bu gün biz bunun əksini görürük, məsələn, 43 dollar 41 dollara enir, sonradan 44 dollara yüksəlir.

Bu, arzuolunan hal deyil. Həmişə bildirirəm ki, 2020-ci ildə neftin qiyməti ortalama 35-36 dollar tənzimlənərsə, bu, bazarda möhkəm balansın formalaşmasına təkan verə bilər. Çünki qiymət artımı OPEC kənar dövlətlərdə də hasilat həcmlərinin artırılmasına gətirib çıxara bilir. ABŞ, Braziliya, Argentina və s. OPEC və qeyri-OPEC dövlətlərin Vyana sazişinə qoşulmayan dövlətlərdir. Onların bazarın tənzimlənməsi ilə bağlı heç bir öhdəlikləri yoxdur. Ona görə də OPEC və OPEC kənar dövlətlər həm də qiymət formalaşmasında çox həssas olmalıdırlar, baxmayaraq ki, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və digər dövlətlər qarşıdakı aylarda qiymətlərdə artımlar elan edirlər. Bu, bir tərəfdən bazarda tarazlığın bərqərar olmasına, digər tərəfdən isə ehtiyatların azalmasına hesablanmış addımlardır. Hesab edirəm ki, OPEC və müttəfiq dövlətlər neftin qiymətində ciddi sıçrayışların və sonradan enmələrin baş verməsində maraqlı deyillər. Sadəcə olaraq Asiya, Avropa, Amerika bazarlarıyla bağlı ixrac qiymətlərində qiymət artımlarının elan edilməsi birbaşa həmin enerji rayonlarında həm stasionar, həm üzən ambarlarda həcmlərin azaldılmasına hesablanıb. Çünki indi həm stasionar, həm üzən ambarlarda tələbatdan artıq neft həcmlərinin azaldılması yalnız bu yolla mümkün olar. Əgər bazarda neftin fyiçers qiymətlərində artım müşahidə olunursa, istehlakçılar məcburdurlar ki, həmin neft əvəzinə ambarlardan ucuz neft tədarük etsinlər. Azərbaycan və digər neft ixrac edən dövlətlər üçün deyə bilərəm ki, bu il ötən illə müqayisədə elə də böyük gəlirlər əldə edilməyəcək. Lakin çalışmaq lazımdır ki, neftin qiyməti indiki vəziyyətdə sabit saxlansın. 2021-ci ildə də əməkdaşlıq bəyannaməsinin şərtlərinə əməl edilsə, neftin qiymətində sabitliyə nail olmaq olar".

Həmsöhbətimizin sözlərinə görə, ilin sonunadək qlobal neftə olan tələbat təxminən 92 milyon barrel civarında olacaq:

"Bu, aşağı da ola bilər. Pandemiya ilə bağlı qəbul edilən qərarlar birbaşa dövlətlərin manatları altında həyata keçirilir, ona görə də qarşıdakı aylarla bağlı dəqiq proqnoz vermək çətindir. Hesab edirəm ki, Azərbaycan və digər dövlətlər lazım olan vaxtlarda aktivlərindən istifadə edəcəklər, balansın qorunub saxlanması üçün addımlar atılacaq. Azərbaycanın elə ciddi problemi olmayacaq. Çünki ilin üç ayında neftin qiymətində yüksək dinamika müşahidə etmişik,yalnız mart-aprel aylarında qlobal neft bazarları böhran nöqtəsinə düşüb və gəlirlər azalıb, növbəti aylarda isə gələn gəlirlər sözügedən aylarla müqayisədə əhəmiyyətli dərəcədə artacaq".

Sayad HƏSƏNLİ

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!